Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


15.11.2023  16:17 

FHN tənqid etdiyinə görə rentgen kabinetini bağlayırlar





A+  A-

“Dünən (13 noyabr – red.) Fövqəladə Hallar Nazirliyinə (FHN) yönəlik tənqidi paylaşımım onların xoşuna gəlməyib və bu günlərdə bizim klinikanın rentgen kabinetinin fəaliyyətinə qadağa qoymaq istəyirlər”.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, əgər belə bir hal yaşansa, bu qərəzli olacaq:

“Çünki biz 3 min 500 manat xərc çəkərək kabineti standartlara uyğunlaşdırmışıq. Dövlət başçısı tez-tez çıxışlarında ictimai nəzarət, vətəndaş tənqidi haqda tövsiyələr verir, biz də bunu əldə əsas tutaraq tənqid edirik. Bizi sıxışdırmaq, bunun əleyhinə çıxmaq deməkdir. Bu isə heç kimə xeyir verməyəcək!”

Qeyd edək ki, A. Əliyev noyabrın 13-də öz sosial şəbəkə hesabında son həftələrdə FHN-in bir çox klinikalarda rentgen və KT kabinetlərinin fəaliyyətini qaydalara cavab vermədiyini əsas gətirərək dayandırmasını tənqid edib.

“Bunu eşidərkən dahi komediyaçı Çarli Çaplinin məşhur qısametrajlı filmi yadıma düşdü. Çaplin balaca oğlunu təlimatlandırıb qonşuların pəncərə şüşələrini sındırtdırır, sonra da özü şüşə təmirçisi qismində küçəni gəzərək oğlunun sındırdığı pəncərələri təmir edib pul alır. Filmdəki uşaq FHN-dir. Çaplin FHN-ə yaxın olan şirkətdir. Pəncərəsi sındırılan qadın isə klinikalardır”, - o bildirib.


Xəbər 2691 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +