Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


30.01.2023  15:58 

“Broker Əbülfəz”in ətrafında nə baş verir?





A+  A-

Həbsdə olan "Broker” MMC-nin sahibi, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikova qarşı daha bir məhkəmə iddiası üzə çıxıb.

İmanov Rizvan Gülümxan oğlu adlı vətəndaş Murad Məlikovu məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.

İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir. Rizvan İmanov Murad Məlikovla yanaşı, "Aqro-Mur” MMC-ni də məhkəməyə verib.

Araşdırmalarımız zamanı bəlli olub ki, Rizvan İmanov "Aqro-Mur” MMC-nin qanuni təmsilçisidir. Onun qanuni təmsilçisi olduğu şirkəti məhkəməyə verməsi maraq doğruduğundan araşdırmalarımız davam edib və aydın olub ki, əslində sözügedən MMC-nin təsisçisi Murad Məlikvodur. Şirkətin adındakı "Mur” ifafdəsi də onun adının ilk üç hərfidir.

Bundan əvvəl Murad Məlikov Qaybalıyev Xaqani Alcan oğlu tərəfindən məhkəməyə verilmişdi. Bu işdə cavabdehlərdən biri də "Aqro Səlyan” MMC-dir. Xaqani Qaybalıyevin özü isə "Şəmkir Aqropark”ın direktoru vəzifəsində çalışıb.

Həmçinin Nağıyev Oqtay Rüfət oğlu adlı şəxs Əbülfəz Məlikovu, "MA Group” və "Agro Land MMC” şirkətlərini də məhkəməyə verib. Ehtimal olunur ki, "Aqro Səlyan”, "MA Group” və "Aqro Land MMC” şirkətləri də Məlikovlara məxsusdur.

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir./Qaynarinfo

Xəbər 2553 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +