Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


26.01.2023  19:15 

Parlament buraxıla, referendum keçirilə bilər





A+  A-

9 fevral 2020-ci il tarixdə növbədənkənar seçkilər nəticəsində formalaşan hazırkı parlamentin buraxılması yenidən gündəmə gəlib.

Yayılan məlumatlarda parlamentin buraxılması ilə yanaşı, referendum keçiriləcəyi də iddia olunur. Hətta dairə və məntəqə seçki komissiyalarında hazırlıqların başladığı da deyilir.

Referendum məsələsi hələ bir müddət əvvəl gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, hakimiyyət konstitusiya islahatları aparmaq niyyətindədir. İslahatlar çərçivəsində proporsional seçki sisteminin bərpa ediləcəyi də xüsusi vurğulanırdı. Həmin ərəfədə siyasi partiyalarla dialoq prosesinin başladılması, qeydiyyatı olmayan bəzi partiyaların bu problemin həlli referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi barədə yayılan məlumatların əsassız olmadığına şübhələri artırırdı. Eyni zamanda müşahidələr göstərirdi ki, hakimiyyətdə bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Çünki parlamentin buraxılması, proporsional seçki sisteminin bərpasının əleyhinə danışan hakimiyyət nümayəndələri də var idi.

Bu məsələnin Milli Məclisin deputatı Erkin Qədirlinin məlum açıqlamasından sonra yenidən gündəmə gəlməsi artıq siyasi mühitdə hakimiyyətin referenduma gedəcəyi barədə qəti fikir formalaşdırıb.

Məlumat üçün deyək ki, Erkin Qədirli Milli Məclisin demokratik seçki nəticəsində formalaşmadığını deyib. Bəzi ekspertlər hesab edir ki, özü də parlamentdə təmsil olunan və kifayət qədər intellekt sahibi olan Erkin Qədirlinin belə bir açıqlama ilə çıxış etməsi təsadüfi olmaya bilər.

Digər tərəfdən, növbəti parlamenti seçkiləri 2025-ci ilə təsadüf edir. Həmin il Azərbaycanda prezident seçkiləri də keçirilməlidir. Seçkinin nə dərəcədə ağır proses olduğunu nəzərə alsaq, hakimiyyətin bir ildə iki seçki keçirəcəyi inandırıcı görünmür./Qaynarinfo

Xəbər 2686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +