Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


29.12.2020  09:03 

Ermənilərin Xocavənddəki hücumuna - Türkiyə XİN-dən reaksiya





A+  A-

”Qarabağda silahı buraxmayaraq geri çəkilməkdən imtina edən erməni ünsürlərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında təsis edilən atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır“.
XəzərNews.az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı açıqlamasında ifadə olunub.

Açıqlamada deyilir: “Daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son dəfə isə dekabrın 27-də baş verən erməni silahlı ünsürlərin hücumları nəticəsində hərbi və mülki itkilər, eləcə də yaralılar olub. Üçtərəfli bəyannaməni imzalayan tərəflərdən biri kimi bütün erməni ünsürlərin çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin məsuliyyətini Ermənistan daşıyır.

Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin davam edən təxribatlarına qarşı qanuni müdafiə haqqından istifadə edərək lazımı cavabı verib.

Bölgədə davamlı sülhün bərqərar olması üçün Ermənistanın cəbhədəki gerçəkliyi qəbul etməsi və üçtərəfli bəyənnamənin öhdəliklərini yerinə yetirməsi tələb olunur.

Baş verənlərlə əlaqədar olaraq hücumlar nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, bütün Azərbaycan xalqına başsağlığı veririk”.



Xəbər 2614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +