Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


07.01.2020  11:09 

Pentaqon aparatının rəhbəri istefaya gedəcək





A+  A-

Pentaqon aparatının rəhbəri Erik Çuninq yanvarın sonlarına qədər istefa verəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşr onun yerinə ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin əməkdaşı Cen Styuartın gələcəyini yazıb.

Məlumata görə, təxminən bir ildir bu vəzifədə olan Çuninq özəl sektora keçəcək.

“Mən Erikə (Çuninq) vəzifəyə başladığım müddətdə göstərdiyi peşəkarlığa, ehtiyatlılığına və idarəçiliyinə görə minnətdaram. Bu, çox çətin bir iş idi. Erik səbr və yorulmazlıq mənbəyidir. Hamımız onun üçün darıxacağıq, ona özəl sektorda ən yaxşısını diləyirik”,- deyə Pentaqon rəhbəri Mark Esper bəyanatında bildirib.

Qeyd edək ki, son həftələrdə Pentaqonu bir sıra yüksək vəzifəli şəxslər tərk edib. Buraya Müdafiə nazirinin Hind-Sakit okean bölgəsində təhlükəsizlik üzrə köməkçisi Rendall Şriver, İnsan Resursları Məsləhətçisinin vəzifəsini icra edən Cimmi Sytuart, Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Proqramları (DARPA) Departamentinin direktoru Stiven Uoker daxildir.

Xəbər 2903 dəfə oxunub.



25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +