Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


16.07.2019  17:32 

“Sədərək“in sahibi Xəzərin sahilini hasarladığına görə cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, "Sədərək" Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib.
XəzərNews.az-ın "Report"a istinadən xəbərinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirli bilinib. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli

şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.

Xəbər 3793 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +