Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


06.12.2018  22:46 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanat qəbul olundu





A+  A-

ATƏT Minsk qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.

Sənəddə deyilir ki, ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Bəyanatda qeyd edilir ki, həmsədr ölkələr Azərbaycan və Ermənistan liderlərinin sentyabrda Düşənbədə keçirilən MDB sammitinin kluarlarında söhbətindən sonra atəşkəs rejiminin pozulması hallarının azalmasını alqışlayırlar:

“Tərəflərə orada əldə olunmuş razılaşmaları davam etdirməyə və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırış edilib. Həmsədr ölkələr yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri səviyyəsində konkret nəticələrə və münaqişənin ədalətli və davamlı sülh yolu ilə həllinə istiqamətlənmiş intensiv dialoqun bərpa ediləcəyinə ümid etdiklərini bildiriblər”.

Həmçinin qeyd edilir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan münaqişənin sülh yolu ilə həlli üzrə intensiv fəaliyyətə sadiq olduqlarını bir daha bəyan ediblər:

“Onlar 2019-cu ilin əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında bu məqsədlə və yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə görüşməyə razılaşıblar”.

Xəbər 3294 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +