Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


03.05.2017  16:03 

“İltimas Məmmədov nazir olmaq istəyirdi” - Məhkəmədə şok İFADƏ





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov ifadə verib.

O, məhkəmə posesi boyunca danışmaqdan imtina etmişdi. Sabiq rəhbər bu gün bunun səbəbini də açıqlayıb: “Onsuz da ifadə verənlərin danışdıqlarından mənim günahsız olduğum bəlli oldu. İstintaqda dediyimi təkrar edirəm, mən sadəcə rəhbərliyin verdiyi tapşırıqları icra etmişəm. Amma məni cəmiyyətə cinayətkar kimi təqdim etdilər. Buna görə də danışmaq qərarına gəldim. Heç kim fikirləşməsin ki, qorxduğum üçün danışmırdım”.

V.Zeynalov səhhətinin yaxşı olmadığını və buna görə də hazırladığı 50 səhifəlik çıxışı tamamlaya bilməyəcəyini deyib: “Məhkəmə bizim heç bir vəsatətimizi təmin etmədi. Qoy əsl günahkarlar vicdan əzabı çəksinlər. Burada ədalət olsa, bir üstəgəl biri 2 kimi yazacaqlar. Əsl cinayətkarların cəzalandırılmasına da çox az qalıb. Mən və həbsdə olan digərləri bu günü gözləyirik”.

Sabiq aparat rəhbəri günahsız olduğunu, ittihamları qəbul etmədiyini və işində hər hansı formada yeyintiyə yol vermədiyini bildirib: “Mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. Bu adam 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat edərək Əli Abbasovun işdən çıxarılmasına cəhd edib. O, nazirin yerinə keçmək istəyirdi. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz? Mən günahkar oslaydım əmlakımı öz adıma keçirməz, başqaları kimi xaricə daşıyardıq. İndi də əmlaklarımı satıb ziyanı ödəməyə imkan vermirlər. İttihamdakı məbləğlər dollarla olsa da, manatla hesablayıb məbləği şişirdilər. Hətta real məbləğlər də dövlət əhəmiyyətli tədbirlərin təşkilinə, nazirliyin səlahiyyətində olan digər işlərin görülməsinə xərclənmişdi. Maliyyə Nazirliyi və Vergilər Nazirliyi qərərzli yoxlama aparıblar”.

Bundan sonra Vidadi Zeynalov ifadəsini davam etdirə bilmədiyini, bədəninin əsdiyini deyib və buna görə proses təxirə salınıb.

Məhkəmə prosesi mayın 10-da davasm etdiriləcək.

Xəbər 2576 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +