Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


23.05.2017  14:34 

Doktor Ceyranov Gürcüstanda həbs edildi





A+  A-

Gürcüstanda “Lanset” klinikasının təsisçisi, qalmaqallı azərbaycanlı doktor Fərman Ceyranov ötən gün polis tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, məlumatı Gürcüstan İctimai Televiziyası yayıb. “Lanset” klinikasının əməkdaşı virtualaz.org saytına doktor Ceyranovun saxlanıldığını təsdiqləyib.
Xəbərə görə F.Ceyranov Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə ittiham olunur. Bu maddə dələduzluq cinayətini nəzərdə tutur. Cinayət işində iki nəfərin adı keçir. Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz qara ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb.

Fərman Ceyranova qarşı rəsmi ittiham bu gün irəli sürüləcək. Gürcüstanda nəşr edilən xeber.ge azərbaycandilli saytı bildirir ki, hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.
F.Ceyranov Gürcüstanda anadan olub, 1994-cü ildə Bakıda M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub. Bir neçə il əvvəl hüquq-mühafizə orqanları onun barəsində cinayət işi qaldırmışdı və barəsində korrupsiya ittihamı ilə istintaq aparılırdı. Daha sonra F.Ceyranov Gürcüstana getdi və orada kredit hesabına “Lanset” klinikasını açdı. Bir müddət əvvəl Ceyranov və onun klinikası barədə jurnalist Eynulla Fətullayevin “Gürcüstanda gizli anti-Azərbaycan yuvaları” məqaləsində bəhs edilmişdi. Orada deyilirdi ki, Gürcüstanda məskunlaşan azərbaycanlı müxaliflər Ceyranovla təmasdadır.


Xəbər 3229 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +