Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?
İqtisadiyyatımız ciddi təzyiq altında: İxrac azalır, idxal artır
Azərbaycanda dizel və Aİ92 bahalaşacaq?


06.08.2024  13:02 

Tehranda Paşinyan və Haniya terroru... - Mübariz Əhmədoğlu





A+  A-

“Baş nazir Nikol Paşinyanın qısa müddət ərzində iki dəfə İranda olması və ali dini liderlə görüşməsi, onu bağrına basması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin N.Paşinyan vasitəsilə S.Ə.Xamenei üzərində müəyyən ölçü işləri apardığını qeyd etməyə əsas verir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlamanı Diaspora.TV-yə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, N.Paşinyanın bədəninə quraşdırılan cihaz ali dini liderin tibbi-bioloji, fiziki vəziyyəti barədə ABŞ MKİ üçün vacib məlumatlar verə bilər:

“O məlumatların da hesabına ABŞ, Böyük Britaniya hərbçisini də simvolik olaraq Ermənistana gətirir. N.Paşinyanın səfəri ərəfəsində müəyyən səhv koordinatlar İrana verilə bilər. Məqsəd İranı kiminsə üzərinə raket zərbəsi endirməyə vadar etməkdir. Bundan istifadə edərək sonradan ABŞ İranın üzərinə böyük qüvvə ilə hücuma keçə bilər. İ.Haniyaya olan sui-qəsd zamanı SEPAH-ın verdiyi ilk reaksiya məhz belə oldu ki, Haniyanı İranın xaricindən - şimalından, Azərbaycandan atılan raketlə İsrail öldürüb. SEPAH dərhal Azərbaycan ərazisinə raket zərbəsi endirməyi aktuallaşdırdı. İndi bəlli olur ki, SEPAH-ın rəhbərliyində ABŞ və İsrailə işləyən şəxslər çoxdur. Q.Süleymaninin koordinantlarını da ABŞ-SEPAH-çı general vermişdi. İsfahanda silah zavodunda xarab raketlərin istehsalını da sepahçılar qurmuşdular”.

M.Əhmədoğlu qeyd edib ki, hər ay İranda ABŞ və İsrail casusları aşkarlanır:

“Tehranda İsrail bayrağı dalğalandı. Haniya terroru ilə bağlı SEPAH 3 mövqe ortalığa qoydu. İran daxili ilə xaricini ayırd edə bilmir. Raketlə bombanı fərqləndirə bilmədi”.

Xəbər 7195 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +