Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


13.03.2024  14:45 

Məzahir Süleymanov Mədəniyyət Nazirliyindən ŞİKAYƏTLƏNDİ





A+  A-

“Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur”.

Xəzərnews.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib.

Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:

“80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dram Teatrı onu qeyd etmədi, ümumiyyətlə, məni yada salmadı. Telefonla da təbrik etmədilər. Yəni, mənim o teatrda bir təbriklik dəyərim, zəhmətim olmayıb? Bu, məni narahat etdi. Belə olan halda onlara nə deyə bilərəm? Amma Teatr Xadimləri İttifaqı Teatr Günü münasibəti ilə məni mükafatlandırıb. Görünür, müəyyən məlumatlar onlara çatıb”.

Xalq artisti Mədəniyyət Nazirliyinin də ona qarşı laqeyd olduğunu qeyd edib:

“O boyda nazirlikdən bir adam zəng edib demədi ki, sən hardasan? Prezident təqaüdü də almıram. Dedim Adil Kərimli yeni gəlib, hamının sənətini qiymətləndirir, bəlkə o işıqdan bizə də düşər. Amma zəng də etmədilər. Görünür, məni aktyor kimi qəbul etmirlər. Dəfələrlə müraciət etmişəm. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə “baxılacaq, baxılacaq” deyib durdular. Hətta dedilər ki, yeni nazir gəlib, hamı ilə maraqlanır. Mən Adil Kərimliyə də müraciət etdim. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə cavab verilməyib”.

Qeyd edək ki, bu yaxınlarda Sumqayıt Dövlət Dram Teatrının sabiq aktyoru, Xalq artisti Məzahir Süleymanovun 80 yaşı tamam olub.

Xəbər 2681 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +