Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


10.10.2017  10:07 

Yük maşınlarının sürücüləri üçün xəbərdarlıq





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edir.
XəzərNews.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, yük avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə az qalıb: “Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər”.

V.Əsədov bildirib ki, texniki baxış müddəti bitdikdən sonra baxışdan keçməyən yük avtomobillərinin sahibləri cərimələnəcək. O qeyd edib ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır.

Qeyd edək ki, yük avtomobilləri və avtobuslar üçün texniki baxış sentyabrın 1-dən oktyabrın 31-ə qədər davam edir.



Xəbər 3259 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +