Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


29.09.2017  09:46 

Azərbaycan donuz ətini haradan alır?





A+  A-

Azərbaycan sonucu dəfə Estoniya və Latviyada Afrika taununun aşkarlanması barədə məlumatlandırılıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan donuz ətini Avstriya, Belçika, Böyük Britaniya, İspaniya, Niderland, Gürcüstandan, donuz piyini isə Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Kanada və Niderlanddan idxal edir. Rusiyanın epizootik vəziyyətin sabit olduğu ərazilərindən isə həm donuz əti, həm də donuz piyi idxal edilir.

Adları qeyd olunan ölkələrdə donuzlar arasında epizootik vəziyyətin sabit olduğunu deyən Y.Xanvəli Azərbaycanın hazırda Afrika taununun aşkarlandığı heç bir ölkədən donuz əti və donuz piyi idxal etmədiyini açıqlayıb.

Y.Xanvəli Zaqatala, Qəbələ rayonlarında, Bakı ətrafı ərazilərdə və s. yerlərdə mövcud olan donuzçuluq təsərrüfatlarında epidemioloji vəziyyətin normal olduğunu və heç bir problemin olmadığını da söyləyib.

Y.Xanvəli əlavə edib ki, Azərbaycanda donuzlar arasında Afrika taunu 2008-ci ildə Qəbələnin Nic qəsəbəsində aşkarlanmışdı. Həmin vaxt xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb və 3 il müddətinə karantin elan edilib. Bundan sonra isə donuzların yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilib.

Xəbər 3448 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +