“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı


28.09.2017  13:37 

Elektrik enerjisinə görə borcların ödənilməsi qaydası dəyişdi





A+  A-

Bölgələrdə poçtlar vasitəsilə ödənilən elektrik enerjisinə görə borclar bundan sonra terminallarda ödəniləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosu məlumat yayıb.

Qeyd edilir ki, respublikanın 11 şəhər və rayonunda mövcud elektron tipli sayğaclara elektrik enerjisinə görə ödəmələr yalnız poçt şöbələri vasitəsilə həyata keçirilirdi. Elektrik enerjisi istehlakçıları olan fiziki və fərdi abonentlər elektron sayğac kartlarını yalnız poçtlarda yükləməklə balanslarını artıra bilirdilər. Bu da soyuq havalarda və ya elektrik enerjisinə tələbat çoxaldıqda böyük növbələr yaradırdı. Eyni zamanda, insanların vaxt itirmələrinə səbəb olurdu.

Həmçinin şənbə günü günortaya qədər, istirahət günü isə xidmət, ümumiyyətlə, işləmirdi. Əgər həmin günlər abonentin elektrik enerjisi kəsilirdisə, o, məcburən bazar ertəsini gözləməli olurdu. Artıq yeni tətbiq olunan ödəmə vasitəsi bu problem aradan qaldırıb. Adıçəkilən rayon və şəhərlərdə "MilliÖN” ödəniş sistemində yenilik tətbiq edilib. Mövcud terminallar yenisi ilə əvəzlənir. Terminallara quraşdırılan yeni qurğu vasitəsilə elektron sayğac kartlarının balansını artırmaq mümkündür. Bunun üçün həmin qurğuya sayğac kartını salmaqla, kommunal xidmətlər bölümünə daxil olmaq və pulu ödəməklə, balansı artırmaq olur.

Xəbər 3291 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +