Partlayışla bağlı cinayət işi başlandı
Deputat özünü necə ifşa etdi?
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada


07.05.2025  16:04 

Prezident İlham Əliyev Fərman imzaladı





A+  A-

Sənaye parkları bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchiz ediləcək.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsaəsn, Nazirlər Kabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etməlidirlər.

Xəbər 3035 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +