Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


01.03.2019  10:46 

Nazirlər Kabineti bu qərara dəyişiklik etdi





A+  A-

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarın 1-ci hissəsi ləğv edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etsinlər.

Bu Nizamnamə “Publik hüquqi şəxslər haqqında” prezidentin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və dövlət və bələdiyyə tərəfindən yaradılan (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) peşə təhsili müəssisələrinin (bundan sonra – peşə təhsili müəssisəsi) fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədini nəzərdə tutur.

Bu nizamnamə hər bir peşə təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Bələdiyyə tərəfindən peşə təhsili müəssisəsini müvafiq bələdiyyə yaradır. Peşə təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Konstitusiyasını, Mülki Məcəlləni, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz nizamnaməsini rəhbər tutur.

Peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya “Lisenziyalar və icazələr haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq verilir. Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Xəbər 1331 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +