Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


15.07.2025  15:10 

Artıq yas mərasimlərimiz “obed”ə oxşayır - İlham Əziz





A+  A-

“Son günlər yas mərasimlərində verilən ehsanla bağlı rayonlardan xəbərlər gəlir. Camaat bu adətdən narahatdır, sözü bir yerə qoyub, imtina edirlər”.

XəzərNews.az xəbər verir ki, yazıçı İlham Əziz bu barədə Salyan rayonunun ağsaqqallarına müraciət edib. O insanları yas mərasimlərində verilən ehsandan imtina etməyə çağırıb:

“Bu adətin birbaşa yas vaxtı icra olunması tamamilə yanlışdır. Hüzür yiyəsinin ağır günlərində onu başqa bir problemlə də yükləmək insafdan deyil. Belə bir arqument deyirlər ki, guya uzaqdan gələnlər var, onlar ac qalmasın. Ay millət, hansı zamandı?! Hər yer kafe, restoranla doludur. Hamının da qarnını doyurmağa imkanı çatır.

Övladı, atası, anası ölən adamdan yemək ummaq düz deyil, vallah. İmtinanı imkanlı şəxslər başlamalıdır ki, kasıblar töhmət altında əzilməsin. Bu proses İslamda da bəyənilmir. İmkanlı şəxslər həmin ehsanın əvəzinə ətrafdakı kasıblara əl tuta bilər. Başqa vaxt nə qədər ehsan edirsiniz, edin! Yas zamanı etməyin! İmkansız adamlar borca düşür!

Bu dəqiqə çox yemək də zülmdür. Artıq yas mərasimlərimiz “obed”ə oxşayır. Bir stəkan çay, su, qənd, limon oldu, bəsdir.

Əziz Salyan camaatı, əziz ağsaqqallarımız, bunu nə qədər tez etsəniz, Allaha da, bəndəyə də xoş olar!”

Xəbər 912 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +