Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada


13.12.2023  09:46 

Sərhəddə TIR tıxacı... - 1285 maşın növbə gözləyir





A+  A-

Beynəlxalq yükdaşıma ilə məşğul olan yük maşınlarının sürücüləri günlərdir ki, Azərbaycanın müxtəlif gömrük-keçid məntəqələrində qalıblar.

Xəzərnews.az Xezerxeber-ə istinadən xəbər verir ki, nəqliyyat vasitələri sərhədi keçmək üçün növbə gözləyir.

Dövlət Gömrük Komitəsinin Buraxılış məntəqələri üzrə iş şöbəsinin baş inspektoru Tural Quliyev deyib ki, buna səbəb qonşu ölkələrdə müşahidə edilən kəskin hava şəraitidir.

Tətbiq edilən məhdudiyyət səbəbindən yük avtomobilləri mərhələli şəkildə buraxılır.

Yerüstü Nəqliyyat Agentliyi də gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Hazırda ``Xanoba`` -10, ``Samur`` - 10, ``Mazımqara``- 52, ``Biləsuvar``- 68, ``Astara``- 230, ``Qırmızı Körpü`` gömrük postlarında 1285 nəqliyyat vasitəsi gözləyir. Bildirilib ki, hər ötən gün keçid-məntəqələrində gözləyən nəqliyyat vasitələrinin sayında azalma müşahidə edilir.

Xəbər 5887 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +