Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


17.10.2023  11:19 

“Çörəyin qiyməti arta bilər“ - Ekspert





A+  A-

“Unun qiymətindəki artım gözlənilən idi. Bunun da kökündə bir sıra səbəblər dayanır. Başlıca səbəblərdən biri Azərbaycanın idxala bağlı ölkə olmasıdır”.

Xəzərnews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov Bakupost.az -a açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda bahalaşma 4 faizə qədərdir. Bunun da çörəyin qiymətinə hər hansı təsiri yoxdur. Qiymət artımının olmaması üçün isə bir sıra addımların atılması vacibdir:

“Unun bahalaşması tendensiyası davam edərsə, çörəyin də qiyməti arta bilər. Hazırki vəziyyətdə isə çörək bahalaşmasa da, unun qiymətindəki artım un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək”.
Ekspertin dediyinə görə, unun qiymətinin qalxması çörəyin qiymətinin qalxmasına birbaşa təsir göstərir. Amma Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən nisbətən tənzimlənir. Hər hansı ciddi təsirlər yaranarsa, dövlət müdaxilə edə bilər:
“Unun və taxılın idxalına ƏDV tədbiq edilmir. Əgər ciddi təzyiqlər yaranarsa, indiki şərtlər daxilində sosial narahatlığın yaranmaması üçün dövlət əlində olan digər alətlərdən istifadə edərək qiymətə olan təzyiqləri mümkün qədər neytrallaşdıracaq”.

Xəbər 2511 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +