Partlayışla bağlı cinayət işi başlandı
Deputat özünü necə ifşa etdi?
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada


24.10.2022  12:29 

AZAL-ın Naxçıvandan uçan təyyarəsində nə baş verib? - Foto





A+  A-

Ötən gün AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsində həyəcanlı anlar yaşanıb.

XəzərNews.az xəbər verir ki, jurnalist Aygün Muradxanlı feysbuk hesabında həmin vaxt salonda olan sərnişinlərdən birinə istinadən hadisə ilə bağlı bəzi detalları bölüşüb. Qeyd edib ki, salonda havalandırma işləməyib:

“Sərnişinlərdən biri deyir ki, havaya qalxandan az sonra salonu xəfif tüstülənmə və kabel yanığı qoxusu bürüyüb, oksigen maskaları açılıb. Həyəcanı təsəvvür edirsiz yəqin… Az sonra kapitan hər şeyin yolunda olduğunu bildirib, amma bu necə “hər şey yolunda” olubsa, salonda havalandırma işləməyib. Sərnişinlər deyirlər, istilik 40 dərəcəyə yüksəlib. Uşaqlar heç dözmürmüş… Öncə Gəncədə qəza enişi etmək istəyiblər, sonra marşrutu dəyişməmək qərara alınıb və bir təhər Bakıya çatdırılıb.

Naxçıvan və digər daxili reyslərdə keyfiyyətsiz xidmət AZAL-ın iş prinsipinə çevrilib. Ən köhnə uçaqlar daxili reyslərə verilir. Bu olay da göstərir ki, texniki baxış əlüstü həyata keçirilir. Bu dəfə məftil sadəcə tüstülədi, birdən tüstü alova keçsə? Allah qorusun…”



Xəbər 2814 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +