Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb


23.09.2022  13:50 

Qurultay iştirakçıları Fəxri Xiyabanda - Foto





A+  A-

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin təşəbbüsü ilə Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçılarının bir qrupu Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər. Tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət edilib.

XəzərNews.az xəbər verir ki, Həsən bəy Zərdabinin məzarı önündəki çıxışlarda Azərbaycan jurnalistikanın dünəninə və bu gününə nəzər salınan fikirlər bildirilib.

Qeyd edilib ki, inkişaf dövrünü yaşayan mediamız tarixi ənənələrinə hər zaman sadiq qalaraq fəaliyyət göstərib. Azərbaycan jurnalistlərinin qurultayları da müstəqillik dövrünün media tarixinin ənənələrindəndir.

Sabah – sentyabrın 24-də bütövlükdə ölkə ictimaiyyəti bu tarixi, cəmiyyət üçün böyük maraq kəsb edən hadisəyə şahidlik edəcək. Qurultayın layiqli şəkildə reallaşdırılması ölkə jurnalistlərinin üzərinə düşən müstəsna missiyadır.



Xəbər 2584 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +