Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada
Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir


03.01.2020  13:11 

Zərif ABŞ-ın addımını beynəlxalq terror aktı adlandırdı





A+  A-

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra bəyanat verib.
XəzərNews.az-ın məlumatına görə, dövlət rəsmisi özünün Tvitter hesabında qeyd edib ki, İŞİD, Əl-Nusra, Əl-Qaidə və digər terror birlikləri ilə mübarizə aparan general Süleymaninin ABŞ tərəfindən hədəfə alınması və öldürülməsi beynəlxalq terror aktıdır. Nazir bu hərəkəti son dərəcə təhlükəli və səfeh eskalasiya adlandırıb: “ABŞ yaramaz avantürizminin bütün nəticələrinə görə məsuliyyət daşıyır”.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

Xəbər 2793 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +