Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


20.06.2019  11:18 

İyunda 11 nəfəri ilan sancıb





A+  A-

Azərbaycanda iyun ayında 11 nəfəri ilan sancıb.
Bunu XəzərNews.az-a açıqlamasında Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov bildirib.

A.Maqsudovun sözlərinə görə ilan sancanlardan 4 nəfərin vəziyyəti ağır olub:

“Hamısına lazımi yardım göstərilib, müalicələrini alıblar. 11 nəfərdən sonuncusu hazırda xəstəxanadadır, vəziyyəti yaxşılaşdığı üçün evə yazılacaq”.

Baş toksikoloq deyib ki, müraciət edənlərdən 2 nəfəri azyaşlı olub:

“Ümumilikdə 6 nəfəri qadın, 2 nəfəri azyaşlı, 3 nəfəri kişilərdir. Onlardan 2 nəfər Bakıətrafı kəndlərdən gətirilmişdi. Əsas etibarilə Hacıqabul, Şirvan, Qəbələ, Şəmkir, Yevlaxdan daha çox müraciətlər olub”.

A.Maqsudovun sözlərinə görə, bu ay ərzində qara qurd, əqrəb sancması ilə bağlı məsləhət xarakterli müraciətlər daxil olub:

“Ümumilikdə, may, iyun ayları ərzində ilan, qara qurd, əqrəb sancmasından ölən olmayıb”.

Qeyd edək ki, bu ilin aprelində 6 nəfər, mayında 14 nəfər ilansancması ilə Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsi müraciət edib. Beləliklə, 3 ay ərzində ilan sancması ilə müraciət edənlərin sayı 31-ə çatıb.

Xəbər 2763 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +