Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb


28.09.2017  11:42 

İraq kürdlərinin “referendum”nu dəstəkləyən daha bir məmur - O, “Azəravtoyol“da işləyir?





A+  A-

Ötən gün bəzi informasiya saytlarında daha bir məmurun İraq Kürdüstanında keçirilmiş "müstəqillik referendumu”na açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbər yayılıb. Qeyd edilib ki, Vüqar Bəndalıoğlu adlı həmin məmur "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a deyib ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu “Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib:
“Halbuki bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu, Jurnalistin Peşə Etikası Kodeksini və Jurnalistlərin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub.
Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, “Azəravtoyol” ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.
Bundan sonra “Azəravtoyol” ASC ilə bağlı olan hər hansı bir məlumatı yayımlamazdan öncə bizimlə dəqiqləşdirib və yalnız rəsmi mövqeyimiz olduqdan yayımlamaq məsləhətdir.
Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq”.

Xəbər 3543 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +