Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


17.08.2017  11:26 

Rusiyada azərbaycanlı ermənini öldürüb





A+  A-

Rusiyanın Saxalin vilayətində avqustun 15-də 37 yaşlı Azərbaycan vətəndaşı 51 yaşlı Ermənistan sakinini döyüb öldürüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir. Qətl milli zəmində yox, qısqanclıq zəminində baş verib. Belə ki, erməni bir neçə il əvvəl narkotik alverinə görə həbs olunanda azərbaycanlı onun birgə yaşadığı qadınla görüşməyə başlayıb. Həmin qadının ermənidən iki uşağı olub.

Erməni həbsdən çıxandan sonra qadın azərbaycanlıdan xahiş edib ki, onu rahat buraxsın. Lakin azərbaycanlı qadından əl çəkməyib, ona tez-tez zəng vurub. Hadisə baş verən gün erməni qeyri-rəsmi arvadı ilə birlikdə tanışına qonaq gedibmiş. Azərbaycanlı onun həmin ünvanda olduğu öyrənərək tanışlarını da götürüb iki avtomobillə ora gedib. Ermənini küçəyə çağıran azərbaycanlı dostları ilə birlikdə onu döyməyə başlayıb. Erməninin davaya tanışı ilə birlikdə çıxdığı bildirilir, lakin qüvvələr qeyri-bərabər olub və aldığı zərbələrdən erməni ölüb. Azərbaycanlı isə həbs olunub.

Xəbər 3099 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +