“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.05.2023  09:47 

“Azərişıq“ bu kənddən xəbərsizdir… - Fotolar





A+  A-

Göyçay rayonu Çərəkə kənd sakinləri həyatlarının təhlükədə olduğu barədə ölkə Prezidentinə müraciət ediblər.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun fəaliyətindən narazılıqlarını bildirən sakinlər sözügedən kənddə transformatorların mühafizəsiz halda olduğunu bəyan ediblər.

Onlar qeyd edirlər ki, elektrik dirəkləri qəzalı vəziyyətdədir, naqillər istismar müddətini başa vurub:

"Azərişıq" ASC-nin rəhbərliyi Göyçayın Çərəkə adlı kəndini unudub və ya ümumiyyətlə buradan xəbərsizdirlər. Dəfələrlə "Azərişıq" ASC-nin Qaynar xəttinə zəng edərək şikayətimizi bildirmişik. Lakin, heç bir nəticəsi olmayıb.

Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyevə gəldikdə isə o, kəndimizdə yaranmış təhlükəli faktlardan heç də məlumatsız deyil. Rayonun bir çox yerlərində olduğu kimi, fəsillər boyu Çərəkə kəndində zəif külək əsərkən, yağış və qar yağdığı zaman elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranır, gecələr qaranlıqlara qərq oluruq. Bu, kəndimizdə artıq adət halına çevrilib. Həmçinin, yağan güclü yağış kənd ərazisində yerləşən transformatorları partladaraq sıradan çıxarır. Belə qorxunc hallar əksər vaxtlarda yanğınlara səbəb olur. Hadisə yerinə FHN-nin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilir. Ən betəri isə Göyçay rayon Çərəkə kənd 1 saylı tam orta məktəbin həyətində qoyulmuş transformatordur ki, bu da şagirdlərin həyatı üçün olduqca təhlükəlidir.

Hətta kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasındakı divarlara quraşdırılmış elektrik sayğacları belə insanların həyatı üçün təhlükəli olduğu açıq-aşkar görünməkdədir.

5556 nəfərdən çox əhalisi, 2000-dən çox təsərrüfatı olan kəndimizin yaxası "Azərişıq" ASC Göyçay Elektrik Şəbəkəsinin özbaşınalıqlarından və məsuliyyətsizliyindən tezliklə xilas edilməlidir".

Qeyd edək ki, müraciəti XəzərNews.az-a Göyçay rayon Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu göndərdib.












Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +