200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.07.2022  21:42 

“Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm” - Astara sakini





A+  A-

Astara rayonu Sım kənd sakini 45 yaşlı Gündüz Fətullayev illərdir ki, işsizdir. O, pandemiyaya qədər günlük 10-15 manat qazanmaqla ailəsini dolandırıb. Artıq o da yoxdur. İndi pul qazanmaq üçün hər cür qulluğa qaçır.

Ailədə un bitmək üzrədir.

Onların nə əşyalarını qoyacaq yeri, nə də hamamları var.

“Qoy gülsünlər mənə, təmizlik işlərimizi bu ləyəndə edirəm”.

Ailə balıq saxlamaq üçün gölməçə hazırlasa da, pulları olmadığı üçün balıq ala bilməyib. Adlarına olan pay torpağı da yararsızdır.

Onlar işsizlikdən Bakıya da gəlib.

G. Fətullayev günlük 20 manata fəhlə işləyib.

Amma bu məbləğ də onun kommunal xərclərini ödəmək, ailəsini dolandırmaq üçün sərf etmir.

Gündüz, sosial yardım almaq üçün Dövlət Məşğulluq Mərkəzinə müraciət edib.

Ona azyaşlı uşağı olmadığı üçün rədd cavabı verilib./AzadlıqRadiosu

Xəbər 1662 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +