200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.03.2018  10:25 

Şəhriyar Məmmədyarov ikinci oldu





A+  A-

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub.
XəzərNews.az xəbər verir ki, bugünkü qarşılaşmalarda 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.

Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla turnirin qalibi olub.

Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə qatılacaq.

Xəbər 1766 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +