200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.10.2017  09:16 

Ölkədən çıxışa necə qadağa qoyula bilər?





A+  A-

Azərbaycan vətəndaşının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan getməsi hüququnu müvəqqəti məhdudlaşdıran halların artırılması təklif olunur.
XəzərNews.az Trend-ə istinadən bildirir ki, bu məsələ Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.

Bununla bağlı Məcəllənin 9 və 17-ci maddələrinə əlavə olunmuş bəndlərə əsasən hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək həmin şəxslərin Azərbaycandan getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qanun layihəsinə dəyişikliklər uyğunlaşdırma məqsədilə təklif edilir. Belə ki, Cinayət Məcəlləsinə uyğun olaraq məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağı olan qadınlar, habelə 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Dəyişikliklər bu halda da məhkum edilmiş həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad edilənədək və ya şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.

Xəbər 1867 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +