“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.05.2020  10:08 

Dünyanın ən yaşlı kişisi vəfat etdi





A+  A-

Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini vəfat edib.
XəzərNews.az bildirir ki, bu barədə “Yorkshire Post” xəbər verib.

Britaniyanın Qempşir qraflığının Alton şəhərində qocalar evində yaşayan Bob Ueytonun 112 yaşı olub. Onun ölümünə səbəb kimi onkoloji xəstəlik göstərilir.

Uzunömürlü 1908-ci ilin martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var.

Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişisi tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var



Xəbər 1966 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +