İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


27.10.2022  10:45 

“Babək Səmidlinin dediklərinə inanıram“ - Aqil Abbas





A+  A-

"Şəhid polkovnik Babək Səmidlinin səs yazısı yayılıb. Səs yazısında B. Səmidli orduda olan yüksək vəzifəli şəxslər barədə ciddi ittihamlar səsləndirib. O, 44 günlük müharibədə komandanlığın buraxdığı səhvlər nəticəsində itkilərin çox olduğunu bildirib. Şəhid polkovnik həmçinin qeyd edib ki, hücuma hazırlaşarkən yuxarı komandanlıq onlardan, düşmən tərəfdən tank sayının qəsdən az göstərilməsini tələb edib".

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Meydan TV-yə açıqlamasında B.Səmidlinin səs yazısına münasibət bildirib.

Deputat deyib ki, səs yazısını araşdırmaq prokurorluq orqanlarının işidir:

“Prokurorluq orqanları onu araşdırmalıdır. Orda müharibə ilə bağlı, müharibədə kimin xəyanət etməsi ilə bağlı çox ciddi söhbətlər var. Və niyə bu, iki ildən sonra ortaya çıxıb, bu da maraqlı məsələdir. Bu, hüquq-mühafizə orqanlarının işidir, araşdırmalıdırlar. Mən müstəntiq deyiləm ki, sözümü deyəm. Amma Babək Səmidli qəhrəmandır, onun dediklərinə də inanıram. Gördüklərindən, döyüşdə şahidi olduğu, ondan əvvəlki hadisələrdən danışır. Babəkə necə inanmaya bilərəm? Özü də onu da, ailələrini də, atasını, bacısını da tanıyırdım. Belə bir güman da var ki, onun səs yazısını kimlərəsə ötürüblər. Ola bilər ki, bundan sonra minaya düşsün. Təsadüfdən də düşə bilər, qəsdən də salına bilər. Bunu araşdırmaq prokurorluq orqanlarının işidir”.



Məlumat üçün bildirək ki, B.Səmidli Vətən müharibəsi başa çatdıqdan sonra 23 noyabr 2020-ci ildə Suqovuşan ərazisində minaya düşərək şəhid olub.
Qeyd edək ki, Meydan TV səs yazısının ikinci hissəsinin yayımlanacağını bildirib.



Xəbər 2382 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +