İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


24.02.2022  11:18 

Rusiya-Ukrayna müharibəsi: Dünya nə deyir?





A+  A-

Artıq müharibə başlayıb. Qərbin, xüsusən də beynəlxalq təşkilatların cəhdlərinə baxmayaraq Rusiya səhər saatlarında hücuma keçdi, həm də eyni vaxta və bir neçə istiqamətdən...

XəzərNews.az xəbər verir ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar hələ ki, yalnız bəyanatlarla kifayətlənir.

* * *

Məsələn, ATƏT Rusiyanın Ukraynaya qarşı hərbi aksiyasını qətiyyətlə pisləyib, bunun milyonlarla insanın həyatına ciddi təhlükə törətdiyini qeyd edib. Bu barədə ATƏT-in bəyanatında deyilir.

* * *

“Biz Kremli məsuliyyətə cəlb edəcəyik”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb: “Biz Rusiyanın Ukraynaya qarşı haqsız hücumunu qətiyyətlə pisləyirik. Bu saatlarda düşüncələrimiz Ukraynada, günahsız qadınlar, kişilər və uşaqlardadır. Mən Prezident Putini bu müharibəni dərhal dayandırmağa çağırıram”.

* * *

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir. Bu barədə ölkənin Baş naziri Skott Morrison SBS telekanalının efirində deyib.

Onun sözlərinə görə, sanksiyalar Rusiya parlamentinin 300 üzvünə şamil oluna bilər.

“İndi biz daha 25 şəxsə, o cümlədən hərbi rəhbərlərə, müdafiə nazirinin müavinlərinə və təxribatçı və qəbuledilməz təcavüzə görə məsuliyyət daşıyan Rusiya muzdlularına, həmçinin hərbi texnologiyalar və silahların işlənib hazırlanması və satışı ilə məşğul olan 4 şəxsə qarşı sanksiyalar tətbiq etməyə davam edirik”, - Morrison deyib.

* * *

NATO Rusiyanın Ukraynaya hücumları fonunda təcili iclas çağırıb.

Xəbər 2923 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +