Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır
Prezident özbəkistanlı naziri qəbul etdi
Səfirliklərimiz fəaliyyətini davam etdirir - XİN
İraqda yerli əhali İrana dəstək aksiyası keçirirlər
Tramp “güc tətbiq etməkdən qorxmayan“ sülhməramlıdır
Xamneyi öldürülərsə... - Rusiyanın reaksiyası nə olacaq?
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb


22.01.2020  12:21 

Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb - Rəsmi açıqlama





A+  A-

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.
İpoteka və Kredit Zəmanət Fondundan XəzərNews.az-a bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.

Qeydiyyatdan keçmək üçün sistemə daxil olduqda ana səhifədə bu bildiriş görünür: "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə təqdim edilən "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılıb. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcək”.

Xəbər 4234 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +