İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır


20.12.2017  11:08 

“Mənim xoşum gəlir əlavə pul xərcləməkdən?”





A+  A-

AFFA-nın İcraiyyə Komitəsinin iclası başa çatıb. İclasdan sonra qurumun prezidenti Rövnəq Abdullayevlə Millinin baş məşqçisi Qurban Qurbanov birgə mətbuat konfransı keçirib.
XəzərNews.az xəbər verir ki, Rövnəq Abdullayev bildirib ki, Azərbaycan milli komandalarına təyinatlar rəsmiləşib: “Bu barədə detalları danışmıram, Qurban Qurbanov danışar. Çünki seçim onun tərəfindən edilib”.

R.Abdullayev oyun alqı-satqısına gəlincə bildirib ki, bu istiqamətdə son zamanlar araşdırma aparılıb:

“UEFA bu məsələyə ciddi yanaşır. Hətta Azərbaycan birinci divizionunu yoxlayır. Futbolla məşğul olan adam mərc oyunlarında iştirak etməməlidir. Bu qanunla da qadağan olunub, çünki artıq cinayət məsuliyyətidir. “Keşlə”nin 2 oyunçusu və “Neftçi”nin məşqçisi tutulub və prokurorluğa verilib.

"Kəpəz" AFFA tərəfindən maliyyələşir. Bizim orda nümayəndələrimiz var idi. Təəssüf ki, onlar maliyyə pozuntusu etməyə cəhd etmişdilər. Alınmadı və onlar qovuldu. Bəziləri deyə bilər ki, manipulyasiyaya görə qəti tədbirlər görüldü. Onlar ömürlük uzaqlaşdırıldı. Bu hər zaman belə olacaq. Bilirsiz, Serbiyada, Xorvatiyada güclü klublar mərc oyunlarında iştirak etdilər, haram qatdılar deyə zəiflədilər. Futbolumuza haram qatmamalıyıq".

"İctimaiyyətdə fikir yaranıb ki, AFFA futbolda monopoliya yaradıb kənar sponsorları yaxın buraxmır" sualına federasiya rəhbəri belə cavab verib: "Kim var gətirin danışaq. Mənim xoşum gəlir əlavə maliyyə xərcləməkdən? Lisenziya məsələsinə gəlincə, UEFA-nın şərtləri var.

Premyer Liqada komandaların sayını, hətta keçən il artırmaq istəyirdik, amma alınmadı. Çünki sponsor problemi var. Sponsorların çoxu futboldan qaçdı. Bizim hər bölgədə komanda yaratmaq imkanınız yoxdur. Maliyyə problemi yaranıb".

Xəbər 2736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +