Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır
Prezident özbəkistanlı naziri qəbul etdi
Səfirliklərimiz fəaliyyətini davam etdirir - XİN


18.12.2017  13:27 

Taksi sürücüsünü qaçıran şəxslər tutuldu





A+  A-

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulub.
XəzərNews.az-ın "Report”a istinadən xəbərinə görə, Bakı-Gəncə marşrutu üzrə şəxsi "Mercedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədovu soyğunçuluğa məruz qoyan 32 yaşlı Ülvi Xəlilov və 26 yaşlı Ümid Əliyev saxlanılıb.

Qeyd edək ki, hadisə 10 gün əvvəl baş verib. Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Xəbər 2722 dəfə oxunub.



20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +