Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


02.05.2017  09:35 

Deputatdan İTTİHAM: “Niyə sənin bölgənin adamları sənə görə xəcalət çəkməlidir?”





A+  A-

“Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin”.
XəzərNews.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, müğənnilər bölgələrin adına xələl gətirirlər:
“Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”.

Xəbər 1784 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +