Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


17.03.2021  12:56 

Evi yanan köçkünlərə Füzuli və Ağdamda evlər təklif edildi, imtina etdilər





A+  A-

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dünən Bakıda yanan 7 evdə məskunlaşmış məcburi köçkünlərlə bağlı açıqlama yayıb.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, martın 17-də "Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 19" ünvanında yerləşən Humanitar kollecin (keçmiş Mədəni Maarif Texnikumu) yataqxanasının həyətində bir-birinə bitişik, kustar üsulla taxta materialdan inşa edilmiş tikililərdə yanğın olub. Nəticədə 150 kv metr sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat aldıqdan sonra Komitənin nümayəndələri hadisə yerinə yollanıblar.

İlkin araşdırma nəticəsində obyektdə müvəqqəti məskunlaşmış 5 məcburi köçkün ailəsi və bir Tərtər rayon sakininin mənzilində yanğın olduğu məlum olub. Mənzillərinə ziyan dəymiş məcburi köçkün ailələrinin üçü Ağdam, ikisi Füzuli rayon sakinidir. Yanğın nəticəsində, ümumilikdə altı mənzilə ziyan dəyib.

Füzuli rayon sakini Quliyev Hikmət Fazil oğlunun, Ağdam rayon sakinləri Əliyev Ramiz Balakişi oğlu və Həsənov Azər Fazil oğlunun yaşayış sahəsinə, Ağdam rayon sakini Hüseynov Cahankeş Nüsrət oğlunun qeyri-yaşayış sahəsinə ziyan dəyib.

Füzuli rayon sakini Qasımov Ramil Amil oğlu həmin ünvanda yaşamır. O, Koroğlu Rəhimov küçəsində yerləşən fərdi mənzildə qeydiyyatdadır.

Füzuli rayon sakininə "Zobucuq-5" qəsəbəsində, Ağdam rayon sakinlərinə isə Quzanlıda yerləşən qəsəbədə mənzil təklif edilib, lakin onlar bundan imtina ediblər.

Yanğın baş vermiş ərazidə 300 ailə müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri, eyni zamanda yataqxana yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir.

FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

Xəbər 1886 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +