200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.03.2021  15:48 

“BakıKart”ın işində problem yaranıb





A+  A-

Bu gün səhər saatlarından “BakıKart”a gediş haqqı yükləmək üçün ödəmə terminallarına yaxınlaşan bir neçə sərnişin əliboş qayıdıb. Səbəb gediş haqqı yüklənməsində yaranan problemdir.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə sərnişinlər məlumat yayıb. Bakıda ictimai nəqliyyatdan istifadə edənlər buna görə ciddi çətinliklə üzləşdiklərini bildiriblər.

Məsələ ilə bağlı “BakıKart”la əlaqə saxladıq. Bildirildi ki, yaranan problemlər “BakıKart”da sistem yenilənməsi ilə bağlıdır: “Martın 29-dan etibarən bizdə sistem yenilənməsi həyata keçirilir. Ona görə də gün ərzində karta gediş haqqı yüklənməsi zamanı müəyyən donmalar ola bilər. Bu proses bu gün axşam tamamlanacaq və sabahdan hər şey yoluna düşəcək”.

Qeyd edək ki, 2015-ci ildən etibarən Bakı şəhərində ictimai nəqliyyatda vahid “BakıKart” sistemi tətbiq olunur. Kartın balansının artırılması üçün Bakı metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında və mətbuat köşklərində kart satış və yükləmə aparatları mövcuddur.

Xəbər 1817 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +