200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.09.2020  13:19 

Nazirlikdən xaricdə təhsil alan tələbələrə müraciət





A+  A-

Təhsil Nazirliyi xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan vətəndaşlara müraciət edib.
Nazirlikdən XəzərNews.az-a daxil olan məlumatda bildiirlir ki, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tətbiqi zamanı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq.

Eyni zamanda vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olmaları tövsiyə edilir.



Xəbər 2324 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +