200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.04.2017  23:48 

Övladlığa uşaq götürənlər, bu qaydanı pozsaz...





A+  A-

Azərbaycanda qanunsuz olaraq övladlığa götürmə və övladlığa götürmə sirrini yaymaya görə cərimələrin məbləği artırılır.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə (CM) dəyişikliklər edilir.

Layihəyə əsasən, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə şəxs 1500 manatdan 2000 manatadək (hazırda yüz manatdan üç yüz manatadək) miqdarda cərimələnəcək.

Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymaya görə 1500 manatdan 2000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə tətbiq ediləcək.

Qeyd edək ki, CM-yə dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.



Xəbər 1836 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +