200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.01.2025  18:56 

Ağdamda 30 milyonluq tenderi Xəlil Göyüşovun şirkəti udub





A+  A-

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti "Körpü-Bina Tikinti” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Şirkət Xidmətin Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 29 983 233,73 manatdır.

"Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. "Körpü-Bina Tikinti" MMC-nin əslində Xəlil Göyüşova məxsus iddia edilir.

Xəlil Göyüşov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxın şəxs sayılır.

O, oktyabr ayında Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Söhbət Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfərin ölümündən gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti” MMC tikib. Həmin vaxt Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsində çalışıb./Qaynarinfo

Xəbər 2391 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +