“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.03.2018  17:54 

Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb





A+  A-

Birinci vitse-prezident Mehriban Əliyeva martın 9-da Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Keçən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən birinci vitse-prezident ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Energetika sahəsində çox uğurlu əməkdaşlıq aparıldığını deyən Mehriban Əliyeva Yaponiyanın iki böyük şirkətinin - “IMPEX” və “ITOCHU” şirkətlərinin uzun illərdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini və “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində fəal iştirak etdiyini qeyd edib. Azərbaycanın vitse-prezidenti bildirib ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Yaponiyanın informasiya, inşaat texnologiyaları və nəqliyyat sahələrindəki təcrübəsi böyük maraq doğurur.

Turizmin inkişafının ölkəmiz üçün prioritet olduğunu deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan yeni istiqamət kimi Yaponiya turistləri üçün də maraqlı ola bilər. Təhsil sahəsində əməkdaşlıqdan danışan Mehriban Əliyeva Yaponiyanın ali məktəblərində 20 azərbaycanlı tələbənin oxuduğunu, Azərbaycanın ADA və Yaponiyanın Osaka universitetləri arasında Anlaşma Memorandumunun imzalandığını bu sahədə uğurlu əməkdaşlıq kimi dəyərləndirib.

Xəbər 1991 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +