“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.03.2017  20:16 

Bakının mərkəzində əməliyyat keçirildi - 25 nəfər tutuldu + VİDEO





A+  A-

Bakıda dövlət qeydiyyatına alınmamış dini təriqət üzvlərinin toplaşdığı ünvanda əməliyyat keçirilib.
XəzərNews.az APA TV-yə istinadən xəbər verir ki, Ceyhun Hacıbəyli 11 ünvanında keçirilən əməliyyat zamanı məlum olub ki, yeniyetmələr bura toplaşaraq ibadətlə məşğul olurlar.

Axtarış zamanı həmin ünvana toplaşan təxminən 20-25 nəfər şəxs saxlanılaraq qeydiyyata açılıb. Hadisə şahidlərinin sözlərinə görə, axtarış aparılan ünvanda kurs yerləşir. Ətrafda yaşayanlar bu evdə dini dərslər tədris olunduğunu desələr də, gənclərin hansı təriqətə qulluq etdiyindən xəbərsizdirlər.

Əməliyyat keçirilən ünvanda əsasən 13-17 yaşlı gənclərə dini dərslər, ərəb dili tədris olunub.

Yeniyetmə bildirib ki , artıq 2-3 ildir ki, hər gün bura gələrək ərəb dili və namaz qılmağın yollarını öyrənir:

"Əsasən dərslər keçirir. Yaşca bizdən böyük müəllimlərimiz bizə dinin dərinliklərini tədris edirlər. Hər cümə günü yığışıb birlikdə namaz qılırıq. Burada kursu müvəffəqiyyətlə başa vuranlar Türkiyəyə gedir və orada “hoca” olur".

Yeniyetmə bildirib ki, əvvəllər Lökbatanda yaşayanda bu yerə bənzər məkanda dini tədris alıb. Hazırda isə bu ünvana gəlir.

Əməliyyatçılar bildirdilər ki, buraya toplaşanların qanunsuz dini fəaliyyətlə məşğul olması səbəbindən əməliyyat keçirilib.


Xəbər 2652 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +