Liderlər ABŞ-də görüşəcəklər - Səfər proqramı açıqlandı
Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA


09.07.2025  13:24 

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB





A+  A-

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.

XəzərNews.az xəbər verir ki, bu barədə Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

Ayxan Hacızadə İran İslam Respublikasının səfirinin diqqətinə çatdırıb ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib: “Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.

Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb”.

XİN rəsmisi qeyd edib ki, Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir: “Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”.

Xəbər 1396 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +