Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


30.10.2023  10:11 

Goranboyda əməliyyat: 18 nəfər saxlanılıb





A+  A-

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin sentyabr-oktyabr ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədən ümumilikdə 18 nəfər saxlanılıb.

Xəzərnews.az xəbər verir ki, həmin şəxslərdən 3-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.

Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, evlərdən və avtomobillərdən oğurluqlar edən 5, vətəndaşlara qarşı quldurluq edən 1, qanunsuz olaraq odlu silah saxlayan 4, xuliqanlıq edən və başqa cinayət əməlləri törədən 3 nəfər şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Xəbər 2610 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +