Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


07.10.2021  23:45 

Uşaq evinin rəhbəri cəzalandırıldı





A+  A-

Bakıda acınacaqlı vəziyyətin hökm sürdüyü uşaq evinin rəhbəri cəzalandırıldı Paytaxtın Xətai rayonu ərazisində yerləşən uşaq evlərinin birində acınacaqlı vəziyyətin hökm sürdüyü ilə bağlı videogörüntülər paylaşılıb.

XəzərNews xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülər paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 3 saylı uşaq evində lentə alınıb.

Görüntülərdə 3 övladını uşaq evinə yerləşdirən Vəfa Süleymanova adlı valideyn müəssisədə yataq təminatı ilə bağlı ciddi nöqsanlara yol verildiyini bildirir.

Uşaq evindəki antisanitar vəziyyətdən şikayət edən Vəfa Süleymanova övladının bu səbəbə görə qotur xəstəliyinə yoluxduğunu iddia edib.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev bildirib ki, məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tibb müəssisəsinin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılıb, araşdırılmalar aparılıb.

Qeyd edək ki, Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evində “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2014-cü ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri 2016-cı ildə başa çatıb.



Xəbər 3643 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +