Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


28.11.2018  15:43 

Qida Agentliyi 63 ton günəbaxan tumunu məhv etdi





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana 3 nəqliyyat vasitəsində ümumilikdə 63 ton miqdarında idxal olunan günəbaxan tumunda zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.
AQTA-dan XəzərNews.az-a verilən məlumata görə, qeyd olunan məhsuldan götürülmüş nümunələrdə respublika ərazisi üçün karantin sayılan zərərli orqanizm Azçiçəkli senxrus-(Cenchrus pauciflorus) aşkar edilib.

Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsi ilə zərərsizləşdirilib.

Qeyd edək ki, azçiçəkli senxrus zərərvericiliyi bitkilərin məhsuldarlığını azaltması, digər bitkilərin kölgələnməsi, yaylaqların sirayətlənməsi və onların məhsuldarlığının aşağı düşməsi, heyvanların yununun keyfiyyətinin azalması, insanlara və heyvanlara əks təsiri ilə (ağrılar, yaraların uzun müddət sağalmaması) göstərilir. Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.

Xəbər 3010 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +