Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


08.09.2017  20:12 

Ali Baş Komandana yeni səlahiyyətlər verilir





A+  A-

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Layihəni şərh edən komitə üzvü deputat Zahid Oruc bildirib ki, qanunda Ali Baş Komandanın səlahiyyətlərində Milli Məclisə hərbi doktrinanın təqdim olunması, silahların və hərbi texnikanın inkişafının dövlət proqramlarının tərtib olunması, Milli Məclisin razılığı ilə müharibə elan etmə, yaxud sülh bağlama və s. var: “Bununla yanaşı, Ali Baş Komandanın hərbi məktəbləri, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti səlahiyyətlərinin də olduğu nəzərə alınıb, yuxarıdakı təklif irəli sürülüb”.

Layihə sentyabrın 12-də komitə iclasında müzakirəyə çıxarılacaq.

Xəbər 3118 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +