Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


25.06.2024  15:29 

Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - AÇIQLANDI





A+  A-

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun məhkəmə prosesi başlayıb. Proses zamanı təqsirləndirilən şəxsin xalası Şəfaqət Bədəlova etiraz edib. O, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istədiyini bildirib. Onun mərhum bacısının və ərinin var-dövlətinə sahib olmaq üçün bu iddiaya düşdüyü bildiirlir.

Bəs, kimin qəyyum, varis olmağa haqqı çatır? Qanun bu barədə nə deyir?

Xəzərnews.az xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən hüquqşünas Turan Abdullazadə bildirib ki, Əhmədin xalası hazırda hüquqi varis ola bilməz:

“Hazırda Əhmədin özü qanun üzrə vərəsədir. Birinci növbədə Əhmədin özü ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlikdən məhrum edilməlidir. Mülki qanunvericiliyə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin”.

Hüquqşünas həmçinin əlavə edib ki, yalnız bundan sonra xala qanuni prosedurları keçməklə özünün vərəsə kimi tanınmasını tələb edə bilər: Dərmanlar

“Əgər notarius onu vərəsə kimi tanımayıb vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərsə, bu zaman o mirasın qəbul edilməsi və vərəsə kimi tanınma ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməlidir. Məhkəmə onu hüquqi varis kimi tanınsa, ondan sonra o yiyəsiz qalmış əmlaklara sahib ola bilər.

Mülki Məcəllənin 1165-ci maddəsinə əsasən, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir”.

Xəbər 14237 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +