Vasif Talıbovun səhhəti pisləşdi
Rusiyada azərbaycanlılar qəzaya düşdü: 3-ü öldü
Bakı-Ələt yolunda avtomobil qəzası baş verib
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi


06.01.2022  17:53 

Təhsil haqqını ödəməyən tələbələrlə bağlı ADMİU-dan açıqlama





A+  A-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqı borcu olan tələbələrin adlarının açıq şəkildə nümayiş etdirildiyi barədə məlumat yayılıb.

XəzərNews.az xəbər verir ki, sözügedən siyahı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təhsil borcları olan şəxslərin adının açıq şəkildə nümayişi şəxsiyyətin alçaldılması kimi qiymətləndirilir. Fotosu paylaşılan kağız vərəqdə tələbələrin adları ixtisasları üzrə qeyd edilib.

Məsələ ilə bağlı adıçəkilən universitet açıqlama yayıb. Məlumatda deyilib ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib: "ADMİU-da bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydaları ilə tanış olur və müvafiq imza ilə şərtləri qəbul etdiklərini təsdiqləyirlər. Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir. Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur.

Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib. Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur".

Qeyd edək ki, müzakirələrə səbəb olan fotonu Azərbaycan Universitetləri səhifəsi paylaşıb.

Xəbər 1959 dəfə oxunub.




30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +